\
3 Oktyabr 2024 - Cümə axşamı

Prezidentin köməkçisi işğal altında olan Azərbaycan ərazilərinə səfər edən xarici jurnalistlərə çağırış edib

Prezidentin köməkçisi işğal altında olan Azərbaycan ərazilərinə səfər edən xarici jurnalistlərə çağırış edib
1641baxış

Ermənistan xarici jurnalistləri müxtəlif adlarla dəvət edərək Dağlıq Qarabağa aparır, onları hədəfə çevirməyə çalışır”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev işğal altında olan Azərbaycan ərazilərinə səfər edən xarici jurnalistlərə yenidən çağırış edib: “Bir daha xarici jurnalistləri Azərbaycanın işğal olunmuş ərazilərinə səfərdən çəkinməyə çağırırıq. Azərbaycanın razılığı olmadan həmin ərazilərə səfər etmək qeyri-qanuni sayılır. Həmin ərazilər işğal olduğu üçün Azərbaycan həmin ərazilərdəki jurnalistlərin təhlükəsizliyinə cavabdeh deyil. Bu məsuliyyət Ermənistanın və oyuncaq rejimin üzərinə düşür. Həmin jurnalistlər məqsədli şəkildə atəş nöqtələrinin yaxınlığına gətirilir”.