\
3 Oktyabr 2024 - Cümə axşamı

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin prezident İlham Əliyevə - Müraciəti - VİDEO

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin prezident İlham Əliyevə - Müraciəti - VİDEO
1069baxış
Türkiyənin Elazığ şəhərində təhsil alan azərbaycanlı tələbələr Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə müraciət ünvanlayıblar.
 
Müraciətdə deyilir:
 
"Cənab Prezident!
 
Biz Elazığda təhsil alan tələbələr olaraq Azərbaycana geri dönüb Qarabağda davam etməkdə olan müharibəyə könüllü şəkildə getmək istəyirik. Amma təəssüf ki, tələbələr olaraq öz imkanlarımız məhduddur, gələ bilmirik. Səfərbərlik üçün könüllü qeydiyyatdan keçmişik və hər an, hər saniyə qəlbimiz Azərbaycanla döyünür. Biz də həmvətənlərimiz kimi orda düşmənə qarşı savaşmaq və torpaqlarımızı mənfur tapdaqdan təmizləmək istəyirik.
 
Xahiş edirik, bu müraciətimizi nəzərə alasınız. Allah ordumuzu qorusun! Allah dövlətimizi qorusun!"