Xarici jurnalistlər Dağlıq Qarabağdan çıxırlar
1637
Xarici jurnalistlər Azərbaycanın işğal altında olan Xankəndi şəhərini tərk edirlər.
"Mediapress.az" "RİA Novosti"yə istinadən xəbər verir ki, mətbuat nümayəndələri qarşılarına çıxan istənilən nəqliyyat vasitəsinə minərək ərazidən çıxırlar.
Məlumata görə, Ermənistan hakimiyyəti onları Gorus şəhərinə yerləşdirmək istəyir. Rəsmi Yerevan orada xarici jurnalistlər üçün mətbuat mərkəzi təşkil edəcəyinə söz verib.
Qeyd edək ki, işğal altında olan Dağlıq Qarabağ bölgəsinə və ətraf rayonlara istənilən ölkənin vətəndaşının, o cümlədən xarici dövləti təmsil edən jurnalistin Azərbaycanın rəsmi icazəsi olmadan səfər etməsi qanunsuzdur.