\
3 Oktyabr 2024 - Cümə axşamı

Mövlud Çavuşoğlu Bakıya gəlir

Mövlud Çavuşoğlu Bakıya gəlir
1698baxış
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycana işgüzar səfərə gəlir.
 
Mediapress.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.
 
M.Çavuşoğlunun təyyarəsi artıq Bakıya yola düşüb. 
 
Məlumata görə, o, Azərbaycan Prezidenti İlham Əliyev və Xarici İşlər naziri Ceyhun Bayramovla görüşəcək.
 
Görüşlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü və Dağlıq Qarabağdakı son vəziyyət müzakirə olunacaq.