\
3 Oktyabr 2024 - Cümə axşamı

Manat-manat yığdığı pulu Orduya bağışlayan Hikmət baba danışdı

Manat-manat yığdığı pulu Orduya bağışlayan Hikmət baba danışdı
1631baxış

"Yavan çörək də yeyib yaşamaq olar, cırıq ayaqqabı da geymək olar. Təki torpaqlarımız alınsın”.

 

Bunu Qaynarinfo-ya açıqlamasında bir aylıq pensiyasını orduya köçürən Şəki sakini 70 yaşlı Hikmət Musayev deyib. Hikmət baba orduya bağışladığı pulu manat-manat yığdığını vurğulayıb:

 

"Hər pensiya alanda kənara 2-3 manat atırdım. Televizorda cəbhə ilə bağlı görüntüləri, əsgərləri gördüm. Dayana bilmədim, dedim, yaşım o yaş deyil ki, cəbhəyə gedəm. Düşündüm ki, cəbhəyə yardım edim. Yığdığım pulu götürüb apardım, cəbhədəki əsgərlərə yardım etdim. Dünəndən telefon dayanmır, zəng-zəngə calanır”.

 

Hikmət baba bildirib ki, insan yavan çörək yeməklə ölməz:

 

"Yavan çörək də yeyib yaşamaq olar, cırıq ayaqqabı da geymək olar. Bu, ayıb deyil. Təki can sağlığı olsun, torpaqlarımız alınsın”.