\
3 Oktyabr 2024 - Cümə axşamı

Qırğızıstanda hökumət istefaya getdi

Qırğızıstanda hökumət istefaya getdi
1624baxış
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov hökumətin və baş naziri Qubatbek Boronovun istefası haqqında fərman imzalayıb.
 
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti xəbər yayıb.
 
İstefaya göndərilən Qırğızıstan hökumətinin üzvləri yeni kabinet qurulana qədər vəzifələrinin icrasını davam etdirəcəklər.