Azərbaycanın XİN başçısı bu gün Moskvaya səfər edəcək
1613
Bu ilin 8 oktyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilib və görüşdə münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Report"a bildirilib ki, Rusiya tərəfinin təşəbbüsü ilə əlaqədar, nazir Ceyhun Bayramov bu ilin 9 oktyabr tarixində Moskvaya işgüzar səfər edəcək.