\
3 Oktyabr 2024 - Cümə axşamı

Prezidentin köməkçisi: "Status-kvonu dəyişdik"

Prezidentin köməkçisi: "Status-kvonu dəyişdik"
1616baxış
"Biz status-kvonu artıq dəyişdik. Ermənistanın işğalına əsaslanan bir status-kvo var idi”.
 
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Haber Global”a müsahibəsində deyib.
 
Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı başlatdığı təcavüzə cavab olaraq həyata keçirilən tədbirlərdə hər kəs tərəfindən qeyri-məqbul hesab olunan, amma sürməkdə davam edən status-kvo artıq dəyişdi.