\
3 Oktyabr 2024 - Cümə axşamı

Türkiyədəki 45 azərbaycanlı həkim hərbçilərə tibbi yardım üçün Vətənə gəldi (FOTOLAR)

Türkiyədəki 45 azərbaycanlı həkim hərbçilərə tibbi yardım üçün Vətənə gəldi (FOTOLAR)
1817baxış
Azərbaycanlı Həkimlər Dərnəyinin təşəbbüsü, Azərbaycanın Türkiyədəki Səfirliyinin və TƏBİB-in dəstəyi ilə Türkiyədə çalışan 43 azərbaycanlı həkim və 2 tibb bacısı könüllü olaraq hərbçilərimizə tibbi xidmət göstərmək üçün ölkəmizə gəlib.
 
Azərbaycanlı həkim heyəti Ankaranın Esenboğa Hava Limanından yola salınıblar.
 
Türkiyə, Almaniya və ABŞ-da təhsil alan azərbaycanlı həkimlərin və Türkiyədəki həmvətənlərimizin dəstəyi ilə toplanan ianələrlə 2 tona yaxın tibbi ləvazimat da ölkəmizə gətirilib.