\
3 Oktyabr 2024 - Cümə axşamı

İran prezidentinin köməkçisi koronavirusa yoluxdu

İran prezidentinin köməkçisi koronavirusa yoluxdu
1626baxış

İranda prezident köməkçisi Bakir Nubaht koronavirusa yoluxub.

Bu barədə o, “Twitter” hesabında yazıb.

“Bəzi simptomlarla əlaqədar sağlamlıq mərkəzinə müraciət etdim. COVID-19 test nəticəm müsbət oldu”, - deyə o bildirib.

Nubaht hazırda vəziyyətinin yaxşı olduğunu, ancaq həkim nəzarətində olduğunu qeyd edib.