\
3 Oktyabr 2024 - Cümə axşamı

Emoməli Rəhmon prezident seçildi: 5-ci dəfə

Emoməli Rəhmon prezident seçildi: 5-ci dəfə
1652baxış
Oktyabrın 11-də Tacikistanda keçirilən prezident seçkilərində Emoməli Rəhmon qalib gəlib.
 
Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Baxtier Xudoerzoda məlumat verib.
 
 
“İlkin nəticələrə görə, prezident seçkilərində seçicilərin 90,92%-i və ya 3,837 milyon nəfər iştirak edib. 85,39 % və ya 4,221 milyon seçici səsi nəticəsində hazırkı dövlət başçısı Emoməli Rəhmon qalib gəldi”, - deyə o bildirib.
 
Qeyd edək ki, prezidentlik uğrunda müxtəlif siyasi qüvvələrin beş lideri mübarizə aparıb: hazırkı prezident Emoməli Rəhmon (hakim Xalq Demokratik Partiyası), həmçinin parlamentarilər Miroc Abdulloyev (Kommunist Partiyası), Rustam Latifzoda (Aqrar Partiya), Rustam Rahmatzoda (İqtisadi İslahat Partiyası) və Abduhalim Qafforzoda (Sosialist partiyası).
 
1992-ci ildən bəri ölkəyə rəhbərlik edən Rəhmon üçün (postsovet məkanında ən uzun) bu, beşinci seçkidir. Seçkilərin gedişatını MDB, ŞƏT, KTMT, ATƏT, Dövlət Duması və Federasiya Şurasından müşahidəçilər izləyiblər.