\
3 Oktyabr 2024 - Cümə axşamı

Güney Azərbaycanda Quzey Azərbaycana dəstək aksiyalarına çağırış edilib - "Nurduz bağlanmalıdır!" - Eksklüziv

Güney Azərbaycanda Quzey Azərbaycana dəstək aksiyalarına çağırış edilib - "Nurduz bağlanmalıdır!" - Eksklüziv
1016baxış

Mediapress.az-ın əldə etdiyi məlumata görə, Güney Azərbaycanda Quzey Azərbaycana yenidən dəstək aksiyalarına çağırış edilib.

Belə ki, güneyli qardaşlar "Nurduz bağlanmalıdır!" adlı aksiyaya hazırlıq işləri görürlər.

Xatırladaq ki, Nurduz İran-Ermənistan arasındakı sərhəddir. Hansı ki, iddialara əsasən, məhz buradan Ermənistana silah-sursat ötürülür. 

Əlavə edək ki, dəstək aksiyası bazar günü saat 17:30-da (Təbriz vaxtı ilə) keçiriləcəkdir.

Tehranda aksiyaların keçirilmə yeri aşağıdakı kimidir: 
1) Təbriz: Rasta Küçə
2) Urmu (Urmiya): Ətayi və İmam küçələrinin kəsişməsi 
3) Ərdəbil: Şəriəti dördyolu 
4) Zəncan (Zəngan): Səbze Meydanı
5) Tehran: İmam Hüseyn Meydanı
 
Güney Azərbaycanın digər şəhərlərində isə toplaşma yerləri şəhərlərin əsas meydanları və mərkəzləridir. 
Koronavirusun kəskin yayılmasını nəzərə alaraq, aksiyalara qatılacaq həmvətənlərdən maska taxmaları xahiş olunub.