\
3 Oktyabr 2024 - Cümə axşamı

Yunanıstanın XİN rəhbəri Yerevana gedir

Yunanıstanın XİN rəhbəri Yerevana gedir
1680baxış

Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias sabah İrəvana işgüzar səfərə gedəcək.

Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Dendias erməni həmkarı Zöhrab Mnatsakanyan ilə görüşəcək, bundan sonra onların birgə mətbuat konfransı olacaq.

Səfər çərçivəsində Yunanıstanın XİN rəhbəri Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Armen Sarkisyanla da danışıqlar aparacaq.