\
3 Oktyabr 2024 - Cümə axşamı

Fransanın Türkiyədəki səfirliyi qarşısında etiraz aksiyası keçirlib

Fransanın Türkiyədəki səfirliyi qarşısında etiraz aksiyası keçirlib
1773baxış

Bu gün Fransanın Ankaradakı səfirliyinin qarşısında “Fransa, ATƏT-in Minsk Qrupunu tərk et” tələbi ilə mitinq keçirlib.

APA-nın yerli bürosunun xəbərinə görə, aksiyada Azərbaycanın təcavüzkar Ermənistanın hücumlarına qarşı və işğalda olan torpaqlarının azad olunması üçün apardığı haqlı mübarizəsinə bitərəfliyini itirən Fransanın ATƏT-in Minsk Qrupundan çıxarılması tələbi səsləndirilib.

Bildirlib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk Qrupu 28 ildir heç bir həll yolu tapmayıb və bu formatın həmsədri olan Fransa BMT qətnamələrini pozaraq qeyri-konstruktiv münasibət nümayiş etdirir. Fransa Senatının 1915-ci il hadisələri ilə əlaqədar erməni iddialarını “soyqırım” kimi qəbul etməsi və hətta bunu Fransa konstitusiyasına salması da xatırladılıb. 

 

Aksiyada, eyni zamanda, vurğulanıb ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar masasında olmalıdır.

Aksiyada  “Fransa ATƏT-i tərk et”, “Xocalıya ədalət”, “Qarabağ Azərbaycandır” və s. kimi şüarlar səsləndirlib.

Tədbir Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin təşkilatçılığı ilə baş tutub.

 
1 / 7