Təhsil naziri ermənilərin qətlə yetirdiyi məktəblilərin ailəsinə başsağlığı verib
1701
Mediapress.az-ın məlumatına görə, Təhsil naziri Emin Əmrullayev bu gün Ermənistan Ordusu tərəfindən qətlə yetirilən məktəblilərin ailələrinə dərin hüznlə başsağlığı verib:
"Bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı oldu: “İsmayılzadə Orxan Rəhbər oğlu və Mayakov Artur Vladimir oğlu. Allahdan şagirdlərimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verirəm!”