\
3 Oktyabr 2024 - Cümə axşamı

Ağrı dağında Azərbaycan və Türkiyə bayraqları proyeksiya olunacaq

Ağrı dağında Azərbaycan və Türkiyə bayraqları proyeksiya olunacaq
1708baxış

Ağrı dağının Ermənistan tərəfə baxan hissəsində Azərbaycan və Türkiyə bayraqları proyeksiya olunacaq.

Bu barədə Türkiyənin Ağrı rayon bələdiyyəsinin sədri Savcı Sayan öz tvitter hesabında məlumat verib.

"Ağrı bələdiyyəsi olaraq bunun üzərində işləyirik. Bu görüntünü Ağrı dağının Ermənistana baxan tərəfdə görəcəksiniz. Ümid edirəm, bu, cəbhədə Ermənistana "ruh yüksəkliyi" verər", - o yazıb.