\
3 Oktyabr 2024 - Cümə axşamı

Ermənistanda Paşinyanın istefası tələbi ilə aksiya keçirilir, həbs olunanlar var

Ermənistanda Paşinyanın istefası tələbi ilə aksiya keçirilir, həbs olunanlar var
1736baxış

İrəvanda keçirilən etiraz aksiyasında 129 nəfər saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” Ermənistan polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, saat 14.30-a olan məlumata əsasən, Azadlıq meydanında keçirilən etiraz aksiyasında saxlanılan 129 nəfər polis şöbələrinə aparılıb.

Qeyd edək ki, bu gün paytaxt İrəvan şəhərində Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir.