Türkiyədə koronavirusdan sağalanların sayı 344 mini keçib
1787
Türkiyədə son 24 saat ərzində daha nəfər yeni növ koronavirusdan (COVİD-19) 86 nəfər dünyasını dəyişib.
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 11 145 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 2 693 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 402 053 nəfərə çatıb.
Nazir əlavə edib ki, ötən gün koronavirusdan 2 112 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 344 613 nəfər təşkil edir.