Hulusi Akar Türkiyənin Dağlıq Qarabağda ortaq sülhməramlı missiyada təmsil olunacağını bildirib
1785
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyənin Dağlıq Qarabağda ortaq sülhməramlı missiyada təmsil olunacağını bildirib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, H. Akar bu barədə Türkiyə Böyük Millət Məclisində Milli Müdafiə Nazirliyinin 2021-ci il üzrə büdcə müzakirələrində bildirib.
Nazir qeyd edib ki, Türkiyə Azərbaycan, Ermənistan və Rusiya arasında əldə olunan atəşkəs razılaşmasının icra olunmasına nəzarət etmək üçün ortaq sülhməramlı missiyada təmsil olunacaq.