\
3 Oktyabr 2024 - Cümə axşamı

Zəngilan Rayon Polis Şöbəsi Zəngilan şəhərinə köçürülüb

Zəngilan Rayon Polis Şöbəsi Zəngilan şəhərinə köçürülüb
1534baxış

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq Zəngilan Rayon Polis Şöbəsi Zəngilan şəhərinə köçürülüb.

Hazırda polis rəisi, polis polkovniki Bəkir Cabbarov Zəngilan şəhərindədir.

B.Cabbarov həm də rayonun müvəqqəti komendantı təyin olunub