\
3 Oktyabr 2024 - Cümə axşamı

Ermənilər azərbaycanlını vəhşicəsinə qətlə yetiriblər - Polşada

Ermənilər azərbaycanlını vəhşicəsinə qətlə yetiriblər - Polşada
1920baxış

Polşada azərbaycanlı Müşfiq İsmayılov ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib.

Sosial şəbəkərlərdə yayılan məlumata görə, cinayətkarlar hadisəni törədəndən sonra meyiti meşədə ağacdan asıblar. Daha sonra yerli sakinlər tərəfindən aşkarlanıb. Dərhal yerli polisə xəbər verilib. Cəsəd çıxarılıb və morqa göndərilib. Müşfiq İsmayılovun nəşi hələ ki qohumlarına təhvil verilməyib.

Yaxınlarının sözlərinə görə, M.İsmayılov avtoqəzada valideynlərini itirib. O, çox savadlı və vətənpərvər insan olub. Polşada tək yaşayırmış.

İlkin versiyaya görə, ermənilər Müşfiqi Azərbaycana dəstək mitinqinə qatılanda izləyiblər və ondan intiqam almağa qərar verdikdən sonra dəhşətli qətli törədiblər.

Mediapress.az-ın əldə etdiyi məlumata görə, hadisə artıq Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənovun nəzarəti altındadır.