\
3 Oktyabr 2024 - Cümə axşamı

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 456 mindən çox artıb

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 456 mindən çox artıb
1611baxış

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 456 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 456 751 nəfər yeni koronavirusa yoluxub, 6 871 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 54 771 888, ölənlərin isə 1 324 249 nəfərə çatıb.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.