\
3 Oktyabr 2024 - Cümə axşamı

Şənbə-bazar günləri taksilər işləməyəcək

Şənbə-bazar günləri taksilər işləməyəcək
1805baxış

Noyabrın 21-dən dekabrın 28-dək həftəsonları ictimai nəqliyyatla yanaşı taksi xidmətinin də fəaliyyətinə qadağa qoyulub.

Nazirlər Kabinetin şənbə-bazar günləri fəaliyyətinə icazə verilən sahələrin siyahısını yayıb. Həmin siyahıda taksi xidməti yoxdur.

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumatı təsdiqləyib.

Qərara əsasən, həftəsonları metro və ictimai nəqliyyatla yanaşı taksi xidməti də fəaliyyət göstərməyəcək.