\
2 Oktyabr 2024 - Çərşənbə

Bakı buxtasındakı gəmilər fasiləsiz səs siqnalı ilə şəhidlərin xatirəsini yad edib - VİDEO

Bakı buxtasındakı gəmilər fasiləsiz səs siqnalı ilə şəhidlərin xatirəsini yad edib - VİDEO
1693baxış

Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad edilməsi zamanı həlak olmuş şəhidlərimizə ehtiram göstərilməsi məqsədilə bu gün Dövlət Dəniz Agentliyində Azərbaycan Respublikasının Dövlət bayrağı yarıya qədər endirilib, şəhidlərin əziz xatirəsi Dövlət Dəniz Agentliyinin kollektivi tərəfindən sayğı duruşu ilə anılıb.

Mediapress.az xəbər verir ki, saat 12:00-da Bakı buxtasındakı gəmilər fasiləsiz səs siqnalı ilə şəhidlərin xatirəsini yad edib.