\
2 Oktyabr 2024 - Çərşənbə

Karantin dövründə fəaliyyətinə icazə verilən sahələr - SİYAHI

Karantin dövründə fəaliyyətinə icazə verilən sahələr - SİYAHI
1440baxış

Azərbaycanın ən yeni şanlı tarixini öz qanı ilə yazan Şəhidlərdən birinin-19 yaşlı Əli Rabil oğlu Tağıyevin evlərinin qapısında dalğalanan üç rəngli zəfər bayrağımız çox uzaqlardan da görünür. Şəhidin evlərinə getmək üçün bizi müşayət edən dostumuz Hacı Mehman qapını açan qadına “ziyarətə gəlmişik” deməsi onu gözümdə böyüdür.

Əli Rabil oğlu Tağızadə 2001-ci ildə Salyan şəhərində anadan olub. Ailədə 3 övlad olublar. 2 qardaş, 1 bacı. Əli ailənin ən kiçik övladı olub. Özündən böyük qardaşı Həbib də xidmətini cəbhə xəttində, Murovda keçirib. Atası Rabil kişi fəhləliklə ailəsini dolandırıb. Anası Əfsusə xanım isə şəhərdəki kommunal təsərrüfat idarəsində texniki işçidir. Əli hələ uşaqlıqdan idmanın boks növünə maraq göstərib. O, 10-cu sinifə kimi internat təmayüllü məktəbdə təhsil alıb. 10 və 11 –ci sinifləri isə Salyan şəhərindəki Aşıq Pənah adına gimnaziya tipli məktəbdə oxuyaraq təhsilini başa vurub. 2018-ci ildə hərbi xidmətə çağrılan Əli cəbhə xəttində, Goranboyun Ballıqaya və Ağcakənd kəndlərində, Tərtərtərdə qulluq etməyə başlayıb.

Müharibənin ilk günlərindən əsgər kimi döyüşlərdə iştirak edən Əli sentyabr ayının 30-da Tərtərin Çaylı kəndində gedən döyüşlərdə başından aldığı qəlpə yarasından şəhid olub. Neytral döyüş ərazisində qalmış Əlinin nəşini 3 gündən sonra çıxamaq mümkün olur.

Rabil kişi deyir: ”Əli Salyana gətirilərək torpağa tapşırılan gününün səhəri 3 əsgər yoldaşı mənə zəng edərək başsağlığı verdi. İndi həmin nömrələri nə qədər yığıram, zəng çatmır. Həmin uşaqlardan yaman nigaranam. Allah eləsin sağ-salamat olsunlar”.

Əlinin atası əlavə edir ki, hərbi xidməti zamanı bir dəfə xəstələndiyinə görə zabitlərdən birinə zəng vuraraq gözünün uşağın üstündə olmasını istəmişdim. Bunu bilən Əli atsından incimişdi ki, mən kişiyəm, məni niyə tapşırırsan?

“Çox mərd və dözümlü uşaq idi”, - atası deyib.

 

Əlinin anası isə söhbətə onun uşaqlığından başlayır. “Həyatda gördüyüm ilk uşaqdır ki, hələ körpəlikdən heç vaxt ağlamazdı. Elə həmişə gülümsəyərdi. Uşaqlıqda çox ərköyün idi, amma əsgərliyə gedəndən sonra tamam dəyişmişdi. Bunu özü də həmişə deyirdi”, - Əfsusə xanım deyir.

Əli şəhid olmamışdan bir neçə gün əvvəl komandirin telefonundan zəng vurub valideynləri ilə danışıb. Onları narahat olmamağı və özlərindən muğayət olmalarını istəyib. O, o qədər inadcıl uşaq imiş ki, Quranı orijinaldan oxumaq üçün ərəb dilini anasından tez hətta qısa vaxt ərzində öyrənib. Sonra anasını da öyrədibmiş.

 

 

Şəhidin evlərindən ayrılarkən anası Əfsusə xanım dedi ki, şəhid olan balalar hamısı mənim balalarımdır: "Allah onların ruhunu şad etsin. Ara sakitləşdikdən sonra atası ilə birgə balamın son döyüşdüyü yeri, şəhid olduğu məkanı, uğrunda can verdiyi torpağı ziyarət etmək arzusundayam”

Emil Məmmədov, Salyan