\
2 Oktyabr 2024 - Çərşənbə

Koronavirusa yoluxanların sayı 68 milyona yaxınlaşır

Koronavirusa yoluxanların sayı 68 milyona yaxınlaşır
1390baxış

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 546 mindən çox artıb.

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı son məlumatda belə deyilir.

Məlumata görə, ötən sutka ərzində 546 min 703 nəfər yeni koronavirusa yoluxub, 10 min 132 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 67 milyon 780 min 361, ölənlərin isə 1 milyon 551 min 214 nəfərə çatıb.

Bildirilir ki, son sutkada ən çox yoluxma halları Şimali və Cənubi Amerikada (238 792), Avropada (221 551) və Cənubi-Şərqi Asiyada (43 803) qeydə alınıb.

Qeyd edək ki, ÜST-nin hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.