\
2 Oktyabr 2024 - Çərşənbə

Ermənistan prezidenti Hadrutla bağlı parlamentin təcili toplanmasını xahiş etdi

Ermənistan prezidenti Hadrutla bağlı parlamentin təcili toplanmasını xahiş etdi
1402baxış

Ermənistan prezidenti Armen Sarkisyan Hadrutdakı vəziyyət ətrafında bəyanatla çıxış edərək ölkə parlamentini təcili iclas keçirməyə çağırıb.

Virtualaz.org-un məlumatına görə, Ermənistan prezidenti təsdiq edib ki, Azərbaycan Ordusu Köhnə Tağlar və Çaylaqqala kəndlərinin yaraqlılardan təmizləmə əməliyyatına başlayıb və kəndlərə nəzarəti bərpa edib.

Armen Sarkisyan əlavə edib ki, Ermənistan hökumətinin müvafiq qurumları vəziyyəti və erməni tərəfinin gördüyü işləri hələ lazımi şəkildə izah etməyiblər.

Bununla əlaqədar Ermənistan prezidenti Milli Məclisə müraciət edərək, Hadrut rayonunda yaranmış vəziyyətin səbəblərini və həll yollarını müzakirə etmək üçün təcili olaraq növbədənkənar iclas çağırmağı təklif edib.