\
2 Oktyabr 2024 - Çərşənbə

Türkiyə Ordusu İraqda əməliyyat keçirdi

Türkiyə Ordusu İraqda əməliyyat keçirdi
1438baxış

Türkiyənin Silahlı Qüvvələri xüsusi xidmət orqanları ilə birlikdə İraqın şimalında Qara ərazisində antiterror əməliyyatı keçirib

“Anadolu” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, əməliyyat zamanı PKK terrorçularının mövqelərinə hava zərbələri endirilib. Zərbələr nəticəsində 5 terrorçu məhv edilib.

Nazirlik vurğulayıb ki, terrorçulara qarşı effektiv və qətiyyətli əməliyyatlar davam etdiriləcək.