Bu gün koronavirusdan vəfat edən jurnalist üçün "Semaşko"da yer tapılmayıb!
1829
Hərbi ekspert, “AzeriDefence” jurnalının bas redaktoru Rəşad Süleymanov koronavirusdan vəfat edib.
R.Süleymanovun həyat yoldaşı Zümrüd Süleymanovanın KİV-ə verdiyi açıqlamaya görə, Rəşadın səhhəti hər gün ağırlaşıb
"İki dəfə Rəşadı “Semaşko”ya (1 saylı Kliniki Tibbi Mərkəzinə) apardılar. Amma yer olmadığı üçün evə qaytardılar. Bu gün səhər saatlarında evdə vəfat etdi”,-deyə Z.Süleymanova bildirib.