\
9 Noyabr 2024 - Şənbə

AMEA-nın alimi koronavirusdan vəfat etdi

AMEA-nın alimi koronavirusdan vəfat etdi
1449baxış
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimi Arif Məhərrəmov koronavirusdan vəfat edib. Bu barədə “Qafqazinfo”ya Akademiyadan məlumat verilib.
 
A. Məhərrəmov ötən gün dəfn olunub.
 
 
Arif Məhərrəmov 1952-ci ildə Ermənistan SSR-nin Spitak rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin fizika fakultəsini, Moskvada SSSR-i EA-nın Kimyavi Fizika İnstitutunun aspiranturasını bitirib. AMEA-nın Radiasiya Problemləri İnstitutunda şöbə müdiri vəzifəsində çalışıb. Fizika-Riyaziyyat elmləri doktoru, professordur.
 
2017-ci ildə “İlin nüfuzlu alimi” ali media mükafatına layiq görülüb. Alim 400-dən artıq elmi işin müəllifidir. Onlardan 200-ü xaricdə çap olunub. 15 müəlliflik şəhadətnaməsinin və patentin müəllifidir. Onun rəhbərliyi altında 11 elmlər namizədi müdafiə edib. 2 doktorluq dissertasyasının məsləhətçisidir