\
16 Yanvar 2025 - Cümə axşamı

Azərbaycanda koronavirusa yoluxma ilə bağlı həyəcan təbili

Azərbaycanda koronavirusa yoluxma ilə bağlı həyəcan təbili
1435baxış

"Müharibə və koronavirus pandemiyası Azərbaycanın səhiyyə sisteminə yük yaradıb”.

Bunu virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

Onun sözlərinə görə, tibb işçiləri arasında COVID-19-a yoluxma və ölüm qeydə alınır:

“Onların təhlükəsizliyi və COVID-19-dan qorunması çox vacibdir”.

“Azərbaycanda koronavirusa yoluxma hər kəsi narahat edir. Bununla da bəzi xəstəxanalar COVID-19 üçün ayrılıb. Əksər bölgələrdə avadanlıq və testlər kifayət qədərdir.

Bəzi bölgələrdə laboratoriyaya tələblərin artması səbəbindən diaqnostik test nəticələri daha gec əldə edilir”, - deyə o vurğulayıb.