\
2 Oktyabr 2024 - Çərşənbə

Prezident: "Vətən müharibəsində Qələbəmiz sözümüzlə əməlimizin bir olduğunu nümayiş etdirdi”

Prezident: "Vətən müharibəsində Qələbəmiz sözümüzlə əməlimizin bir olduğunu nümayiş etdirdi”
1460baxış

Rusiya prezidenti Vladimir Putin ənənəvi illik mətbuat konfransı zamanı Ryazan vilayətinin sakininin koronavirusa yoluxanların müalicəsi üçün regiona ayrılmış pulların aqibəti haqda sualı ilə qarşdığını deyib. Sakin Koruşunov Vladimirin prezident Vladimirə göndərdiyi müraciətində deyilir: “Nəyə görə koronavirus xəstələri öz pulları hesabına müalicə alır? Deyirdilər ki, hətta təsdiqlənmiş diaqnoza görə də pulsuz dərmanlar verəcəklər. Lakin bu yoxdur. Bizdə mənim tanıdığım hamı öz hesabına müalicə olunur. Hanı pullar?”.

“Mənə də maraqlıdır, hanı pullar?”,-Putin müraciəti oxuyandan sonra deyib.

Dövlət başçısı qeyd edib ki, dövlət regionlara bu məqsədlə 10 milyard rubl ayırıb. O cümlədən fərdi mühafizə vasitələrinin və dərmanların alınması üçün. 5 milyard rubl isə evdə müalicə alan xəstələrə pulsuz dərmanların verilməsi üçün ayrılıb. Putin bildirib ki, ona verilən informasiyaya görə federal büdcədən Ryazan vilayəti üçün nəzərdə tutulan vəsait hesaba köçürülüb. “Ona görə də niyə indiyədək orada adamlara dərman vermirlər, aydın deyil”,-Putin qeyd edib. Və məsələni araşdıracağını deyib.