\
2 Oktyabr 2024 - Çərşənbə

Azərbaycanda iki zəlzələ oldu

Azərbaycanda iki zəlzələ oldu
1454baxış

Xəzər dənizində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, təkanlar yerli vaxtla saat 05:26-da Qala stansiyasından 28 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

Maqnitudası 3.1 olan təkanlar 62 km dərinlikdə baş verib.

Həmçinin yerli vaxtla saat 05:18-də Mingəçevir stansiyasından 21 km şimal-qərbdə, Mingəçevir rayonunda zəlzələ qeydə alınıb. Maqnitudası 3, dərinliyi isə 14 km olan zəlzələ hiss olunmayıb.