\
2 Oktyabr 2024 - Çərşənbə

Ağcabədi sakinlərinin hiddəti: İcra Hakimiyyəti şəhərdə Yeni İl yolkası qurur, üstündən şəhidlərin şəkillərini asacaq...

Ağcabədi sakinlərinin hiddəti: İcra Hakimiyyəti şəhərdə Yeni İl yolkası qurur, üstündən şəhidlərin şəkillərini asacaq...
1132baxış

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə şəhər ərazisində yolka quraşdır;lması sakinlərin etirazına səbəb olub. İcra hakimiyyətinin əməkdaşlarının iştirakı ilə şəhərin mərkəzi küçələrindən birində yolka quraşdırılır. Bu zaman bir neçə yerli sakin İcra aparatının əməkdaşlarına yaxınlaşaraq yolkanın quraşdırlmasına etiraz ediblər.

Sakinlər bildiriliblər ki, yolkanın quraşdırılması Vətən müharibəsində canından və qanından keçən şəhidlərin ruhuna hörmətsizlikdir. Daha sonra yolkanı quraşdıran şəxslər sakinlərə deyiblər ki, yolkadan şəhidlərin şəkillərini asacaqlar.

Bu sözdən sonra sakinlərlə yolka quraşdıralanlar arasında mübahisə yaranıb. Sakinlər yolka quraşdır;lanların - "yolkadan şəhidlərin şəkillərini asacağıq" deməsindən daha da hiddətləniblər, bunun şəhidləri əla salmaq məqsədi ilə deyildiyini iddia ediblər. ("Report")