\
2 Oktyabr 2024 - Çərşənbə

Gələn il pensiyalar artırılacaq

Gələn il pensiyalar artırılacaq
1531baxış

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi hər zaman dövlət siyasətinin əsas prioritetlərindən biri olub.

Mediapress.az bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, növbəti ildə əmək pensiyalarının orta məbləği 338 manat, yaşa görə peniyaların məbləği isə 370 manat olacaq.

Onun sözlərinə görə, bu rəqəmlər cari ilin göstəricilərindən 13 faiz çoxdur.