\
2 Oktyabr 2024 - Çərşənbə

Rusiyada son sutkada 635 nəfər pandemiyanın qurbanı olub

Rusiyada son sutkada 635 nəfər pandemiyanın qurbanı olub
1452baxış

Rusiyada son bir gündə daha 29 935 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 963 688 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 635 nəfər artaraq 53 096-ya yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 370 857 nəfər sağalıb.