\
2 Oktyabr 2024 - Çərşənbə

BNA-nın dəstəyi ilə “Qarabağ çıxış” adlı qısametrajlı film çəkilib

BNA-nın dəstəyi ilə “Qarabağ çıxış” adlı qısametrajlı film çəkilib
1738baxış

Bakı Nəqliyyat Agentliyinin dəstəyi ilə “TAKE Company” tərəfindən “Qarabağ çıxış” adlı qısametrajlı film çəkilib.

BNA-dan Mediapress.az-a verilən məlumata görə, peşəkar komanın ərsəyə gətirdiyi flimdə Birinci Qarabağ müharibəsi zamanı öz doğma yurdlarından köçmək məcburiyyətində qalan azərbaycanlılarla Vətən müharibəsi nəticəsində işğaldan azad olunan torpaqlarımızda qanunsuz məskunlaşan ermənilərin evlərini tərk etməsi müqayisəli formada təqdim edilir.

Filmin sonunda Ulu öndər Heydər Əliyevin işğal altındakı torpaqlarımızın azad olunacağına sonsuz inamı və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin xalqımıza qələbə müraciətindən bir hissə də yer alıb.