\
2 Oktyabr 2024 - Çərşənbə

Sabahın havası: Dəyişkən buludlu olacaq

Sabahın havası: Dəyişkən buludlu olacaq
1470baxış

Azərbaycanda dekabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1-3, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz təşkil edəcək.