\
2 Oktyabr 2024 - Çərşənbə

"Həmrəylik Günü Münasibətilə başlatdığımız "Hədiyyəli Marafon" layihəsini uğurla başa vurduq" - Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov - FOTOLAR

"Həmrəylik Günü Münasibətilə başlatdığımız "Hədiyyəli Marafon" layihəsini uğurla başa vurduq" - Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov - FOTOLAR
1948baxış
Hər il 31 dekabr Dünya Azərbaycanlıları Həmrəylik Gününü bayram edərək birliyini, öz milli məsubiyyətini, tarixi vətəninə və mədəni irslərinə bağlılığını nümayiş etdirirlər. Bu bayram münasibəti ilə 2020-ci ildə MAK (Moldova Azərbaycanlıları Konqresi) Moldovadakı Azərbaycan səfirliyi ilə birlikdə "Hədiyyə marafonu" sosial layihəni həyata keçiriblər. 
 
Qeyd edək ki, Kişinyov, Novıy Anen, Yaloven, Orqey, Straşen, Hınçestı, Kaqul, Komrat, Belts, Drokii, Qloden, Sınjerey, Tiraspol, Bender və Rıbnitsa şəhərlərində yaşayan 350-dən artıq uşağa hədiyyələr təqdim edilmişdir.  
25 dekabrda "Hədiyyə marafonu" öz marşrutunun vacib nöqtəsinə - Moldova onkolojı institutunun uşaq şöbəsinə çatmışdır. Varnitsa şəhərində Moldova Respublikasının Polisi də bu layihəyə goşulmuşdur. Orada valideyn qayğısından məhrum olan və müxtəlif ailələr tərəfindən himayədarlığa götürülən uşağlara da hədiyyələr təqdim olunmuşdur. 
 
“Bu layihənin ideyası bütün Konqres üzvləri tərəfindən yekdilliklə bəyənilmiş və yüksək səviyyədə həyata keçirilmişdir. Biz hamımız canla-başla bu layıhənin icratına qoşulduq. Onu deyə bilərəm ki, biz nəticədən çox razıyıq, çünki biz bütün ölkə üzrə uşaqları sevindirməyə çalışdıq. Və düşünürəm ki, buna müəyyən dərəcədə nail olduq”, - deyə Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov şərh edərkən bildirmişdir. 
O, vurğulayıb ki, öz gücümüzü səfərbər edərək böyük sevinc hissi ilə həyatımızın, gələcəyimizin və Azərbaycan millətinin əsas amili olan uşaqlarımızı birləşdirməyə nail olduq. 
 
“"Hədiyyə marafonu" belə təşəbbüslərdəndir ki, Azərbaycan diasporunu daha da sıx edir”, - bu sözləri Moldovadakı Azərbaycan respublikasının səfiri, cənab Qüdsi Osmanov şəxsən marafona qoşularaq hədiyyələri uşaqlara təqdim edərkən bildirib.
 
“Bu layihə 2020-ci ilin yaxşı yekunu olmuşdur. Ümid edirəm ki, bu xoş ənənə gələcəkdə də davam edəcək. Çünki bizim hamımızda güc var ki, heç olmasa hər birimiz bir uşağın arzusunu həyata keçirib, azərbaycanlıların layiqli gələcəyini yetişdirək ki, onlar həmişə sülh və əmin-amanlıq içərisində yaşasınlar. Moldova Azərbaycanlıları konqresinin adından "Hədiyyə marafonu"na qoşulanların və iştrak edənlərin hamısına ürəkdən öz təşəkkürümüzü bildiririk. Əsasən də Moldova Azərbaycanlıları konqresinin aşağıdakı irarə heyətini və üzvlərini qeyd etmək lazımdır. Qubadov Zamir, Adıgözəlöv Ramil, Berqan Marif, Bayramova Zəminə, Məmmədova Məzahir, Əbdulrəhimov Aynura, Zamanova Röya, Ansarov Ramiz, Nuriyev Məmməd, Bayramov Marat, Kərimli Fərid, ipiroti Nikoletu, Bədəlova Mehriban, Plyusnin Aygül Tofiq, Dançiyev Natiq, Yunis və Teymur Mustafayevlər”, - deyə bildirən Elçin Bayramov sonda əlavə etdi:
“Bayram sadəcə təqvimin bir günü deyil. Bu xoşbəxt xatirələrdir ki, hansı ki, siz öz əməlləri ilə yaradırsınız. Bütün Azərbaycanlıları "Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibəti ilə ürəkdən təbrik edirik. Qoy sizin ailələriniz həmişə xoş xatirələr, sülh, əmin-amanlıq və sevinc içərisində yaşasınlar.
Ölkə rəhbərimiz Ali Baş Komandan, Cənab İlham Əliyev başda olmaqla xalqımızın Zəfər İlini təbrik eidirik! Qarabağ Azərbaycandır! Biz birlikdə Güclüyük!”