\
2 Oktyabr 2024 - Çərşənbə

Avtomobilin hasara çırpılması nəticəsində sürücü yaralandı, sərnişin öldü

Avtomobilin hasara çırpılması nəticəsində sürücü yaralandı, sərnişin öldü
1401baxış

Sabirabad rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mediapress.az-a verilən məlumata görə, hadisə dekabrın 31-də saat 22 radələrində Sabirabad şəhəri ərazisində qeydə alınıb.

Xaçmaz rayon sakini T.İsmayılov idarə etdiyi “VAZ-2107” markalı avtomobili daş hasara vurub.

Nəticədə sürücü və sərnişini, İmişli rayon sakini Toğrul Şükürzadə xəsarətlərlə xəstəxanaya yerləşdirilib, T.Şükürzadə yanvarın 1-də orada ölüb.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.