Azərbaycanda son sutkada 2479 nəfər COVID-19-dan sağalıb, 802 nəfər yoluxub, 31 nəfər vəfat edib
1528
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 802 yeni yoluxma faktı qeydə alınıb, 2479 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.