\
2 Oktyabr 2024 - Çərşənbə

“Türksat 5A” kosmosa buraxıldı - FOTO

“Türksat 5A” kosmosa buraxıldı - FOTO
1502baxış
Türkiyənin yeni peyki “Türksat 5A” ABŞ-ın Florida əyalətindəki Kanaveral kosmodromundan kosmosa buraxılıb.
 
Peyk Türkiyə vaxtı ilə saat 05:15də “SpaceX” şirkətinə məxsus “Falcon 9” raketi ilə kosmik fəzaya çıxarılıb.
 
Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, nazir müavini Ömər Fatih Sayan, “Türksat AŞ” baş direktoru Cenk Şen Kanaveral kosmodromunda raketin buraxılma anını canlı olaraq izləyiblər. Nazir Karaismailoğlu “Türksat 5A” peykindən ilk siqnalın alındığını bildirib.
 
“Türksat 5B” peykinin iyun ayında fəzaya buraxılacağı planlaşdırılır.