Sadır Japarov Qırğızıstanın Prezidenti seçildi
1500
Qırğızıstanda vaxtından əvvəl prezident seçkiləri və idarəetmə formasına dair referendum başa çatıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, ölkənin Mərkəzi Seçki Komissiyası Sadır Japarovun seçkilərdə 52.11% səslə qalib gəldiyini bəyan edib.
Qeyd edək ki, prezident seçkiləri ilə eyni vaxtda idarə üsulu ilə bağlı referendum da keçirilib. Ölkənin 80%-dən çox seçicisi prezident idarə üsuluna səs verib. Bu o deməkdir ki, Japarovun səlahiyyətləri genişləndirilir.
Bununla da Qırğızıstanda növbədənkənar prezidenti seçkiləri və referendum baş tutmuş sayılır.