\
16 Yanvar 2025 - Cümə axşamı

Portuqaliya prezidenti koronavirusa yoluxub

Portuqaliya prezidenti koronavirusa yoluxub
1536baxış

Portuqaliya prezidenti Marselo Rebelo de Souzanın yeni növ koronavirus (COVID-19) testi pozitiv çıxıb.

APA-nın CNN Türk-ə istinadən verdiyi xəbərə görə, Portuqaliya prezidentində xəstəliklə bağlı hər hansı simptom aşkarlanmayıb.

Bildirilib ki, Portuqaliya prezidenti karantinə alınacaq.

Qeyd edək ki, Portuqaliyada yanvarın 24-də prezident seçkiləri keçiriləcək. Prezident seçkilərinə qatılacaq Marselo Rebelo de Souza rəy sorğusuna görə favorit hesab edilir.