Rusiyada koronavirus daha 566 nəfərin ölümünə səbəb oldu
1624
Rusiyada son sutka ərzində koronavirusa 22 850 yeni yoluxma halı qeydə alınıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bununla ölkə üzrə virusa yoluxanların sayı 3 471 053 nəfərə çatıb.
Rusiyada bir gündə həm də 566 pasiyent ölüb və pandemiya qurbanlarının ümumi sayı 63 370 nəfər olub.
İndiyədək 2 854 088 xəstə sağalıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.