Ermənistanda son sutkada 307 nəfər koronavirusa yoluxub
1561
Ermənistanda son sutkada 307 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.
“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 165 528-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 3 021-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 742 olub. İndiyədək 154 046 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 7 719 aktiv koronavirus xəstəsi var.