\
2 Oktyabr 2024 - Çərşənbə

Gürcüstanda 100-dən çox məhbusda COVID-19 aşkarlanıb

Gürcüstanda 100-dən çox məhbusda COVID-19 aşkarlanıb
1517baxış

“Gürcüstanın 10 penitensiar müəssisəsində 6 654 məhbus koronavirusla bağlı testdən keçirilib”.

Mediapress.az-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Qoça Lortkipanidze bildirib.

Onun sözlərinə görə, məhbuslar arasında COVID-19-a 113 yoluxma halı təsdiqlənib.

Nazir deyib ki, məhbusların bir hissəsi xəstəxanaya yerləşdirilib, bəziləri isə xəstəliyi simptomsuz keçirir.

Q.Lortkipanidze həbsxanalarda epidemioloji vəziyyətin tam nəzarət altında olduğunu qeyd edib.