\
2 Oktyabr 2024 - Çərşənbə

Koronavirusa 326 yeni yoluxma və 7 ölüm faktı…

Koronavirusa 326 yeni yoluxma və 7 ölüm faktı…
1594baxış

Azərbaycanda son sutka ərzində koronavirus infeksiyasına 326 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 7 nəfər vəfat edib.

Mediapress.az bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, indiyədək ölkəmizdə 229 min 358 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 221 min 116 nəfər müalicə olunaraq sağalıb, 3 100 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 142 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 372 min 616 test aparılıb. Bugünkü test sayı isə 7 807 olub.