\
2 Oktyabr 2024 - Çərşənbə

“Puta” hərbi şəhərciyinin sakinləri yeni marşrutdan istifadə edə biləcəklər

“Puta” hərbi şəhərciyinin sakinləri yeni marşrutdan istifadə edə biləcəklər
1299baxış
Paytaxtın ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması istiqamətində işlər davam etdirilir. 
Mediapress.az xəbər verir ki, sakinlərin marşrut tələbatının ödənilməsi məqsədilə Qaradağ rayonu ərazisində yerləşən “Puta” hərbi şəhərciyinin sakinlərinin nəqliyyat xidmətindən daha rahat istifadəsi üçün 127 nömrəli yeni müntəzəm marşrut xətti təşkil edilib. Müntəzəm xəttin istismarı “BakuBus” MMC tərəfindən həyata keçiriləcək. Bununla da “Puta” hərbi şəhərciyinin şəhər mərkəzi ilə birbaşa marşrut xətti ilə əlaqələndirilməsi təmin olunacaq.
 
Əlavə edək ki, marşrut xətti üzrə gediş haqqının ödənişi nağdsız qaydada “BakıKart” vasitəsilə həyata keçiriləcək.
Onu da nəzərinizə çatdıraq ki, marşrut xətti 27.01.2021-ci il tarixdən fəaliyyətə başlayacaq.