\
2 Oktyabr 2024 - Çərşənbə

Yaponiyada 5,4 bal gücündə zəlzələ olub

Yaponiyada 5,4 bal gücündə zəlzələ olub
1569baxış

Yaponiyanın Hokkaydo adasında 5,4 bal gücündə zəlzələ olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Baş Meteorologiya İdarəsi açıqlayıb.

Zəlzələnin ocağı 130 km dərinlikdə yerləşib. Yeraltı təkanlar qonşu 4 prefekturada da hiss edilib.

İlkin məlumata görə, sunami təhlükəsi yoxdur. İtki və dağıntı barədə məlumat yayılmayıb.